adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Dekabr 2022 01:00
284
İDMAN

DÇ-2022:Braziliya millisi qrup qalibi olub, Kamerun mübarizəni dayandırıb - YENİLƏNİB

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.

Adalet.az-ın məlumatına görə, "sambaçılar" sonuncu turda Kameruna 0:1 hesabı ilə uduzsa da, qrup qalibi olub. Yeganə qolu əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Vensan Abubakar vurub. 30 yaşlı forvard 1 dəqiqə sonra ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu nəticədən sonra 6 xalı olan "sambaçılar" 1/8 finala qrup lideri kimi adlayıb. Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşacaq.

4 xalı olan Kamerun seçməsi isə 3-cü yeri tutaraq, DÇ-2022-də mübarizəni dayandırıb.

***

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, Afrika təmsilçisi 90+2-ci dəqiqədə Vensan Abubakarın qolu ilə hesabda önə keçib.

***

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

***

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyununda ilk hissə başa çatıb.

Adalet.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

***

Qətərdə keçirilən dünya çempionatında Kamerun və Braziliya yığmaları arasında G qrupunun III tur oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının G qrupunun III turunda üz-üzə gələcək Kamerun və Braziliya yığmalarının start heyətləri açıqlanıb.

Adalet.az-ın məlumatına görə, komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kamerun: Devis Epassi, Kollins Fai, Nuhu Tolo, Pyer Malonq Kunde, Zambo Angiza, Brayan Mbeumo, Erik Şupo-Motinq, Kristofer Vu, Entso Eboss, Mumi Nqamalyo, Vensan Abubakar

Braziliya: Ederson, Eder Militao, Aleks Telles, Daniel Alves, Fred, Fabinyo, Rodriqo, Antoni, Qabriel Jezus, Qabriel Martinelli

Qeyd edək ki, oyun saat 23:00-da start götürəcək.