DÇ-2022: İngiltərə millisi 1/8 finalda Seneqala rəqib olub - YENİLƏNİB
İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.
Adalet.az-ın məlumatına görə, ingilislər buna B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanaraq nail olublar.
Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən Qaret Sautqeytin komandası qrup lideri kimi növbəti mərhələyə çıxıb.
1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşırlar.
Adalet.az-ın məlumatına görə, oyunda 3-cü qol vurulub.
Markus Reşford 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
**
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşırlar.
Adalet.az-ın məlumatına görə, oyunda iki dəqiqəyə iki qol vurulub.
Qarşılaşmanın 50-ci dəqiqəsində Markus Reşford, 52-ci dəqiqəsində isə Fil Foden İngiltərəni Uels qarşısında 2:0 hesabı ilə önə çıxarıblar.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşırlar.
Adalet.az-ın məlumatına görə, oyunda ikinci hissə başlayıb.
Qarşılaşmada hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşırlar.
Adalet.az-ın məlumatına görə, oyunda ilk hissə başa çatıb.
Qarşılaşmada hesab açılmayıb.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşırlar.
Adalet.az-ın məlumatına görə, oyun saat 23:00-da başlayıb.
***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda qarşılaşacaq Uels və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
Adalet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
Uels: 12. Denni Uard, 3. Neko Uilliams, 4. Ben Deyvis, 5. Kris Mefam, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Beyl, 13. Kiffer Mur, 15. Etan Ampadu, 20. Daniel Ceyms
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 11. Markus Reşford, 20. Fil Foden, 22. Cud Bellingem
Qeyd edək ki, oyun saat 23:00-da başlayacaq.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

