adalet.az header logo
  • Bakı -°C
06 Iyul 2026 08:57
79
İDMAN
A- A+

DÇ-2026: İngiltərə millisi 1/4-ə yuksəldi

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçirilib.

Adalet.az  xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlib.

Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb.

Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem topu başla qapıdan keçirib: 1:0.

Meksikalılar qolun şokundan ayılmamış Bellinqem 2 dəqiqə sonra özünün və komandasının 2-ci qolunu vurub.

Çox keçməmiş ev sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. 42-ci dəqiqədə Kinyones fərqlənib. İlk hissə İngiltərə millisinin üstünlüyü ilə başa çatıb: 2:1.

İkinci hissədə İngiltərə 1 nəfər azlıqda qalıb. 54-cü dəqiqədə Kuansa qırmızı vərəqə alaraq meydandan qovulub.

Buna baxmayaraq britaniyalılar hesab arasındakı fərqi artırmağı bacarıb. 60-cı dəqiqədə Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

69-cu dəqiqədə görüşün baş hakimi Əlirza Fəqani bu dəfə İngiltərənin qapısına penalti təyin edib. Topun arxasına keçən Raul Ximenez dəqiq oynayaraq hesabı 2:3 edib.

Matç bu hesabla başa çatıb və İngiltərə millisi növbəti mərhələyə yüksəlib.

İngiltərə 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.

DÇ-2026

1/8 final

6 iyul

04:00. Meksika - İngiltərə 2:3

Qol: C. Bellinqem, 36, 38, Kinyones, 42, H. Keyn, 60, R. Ximenez, 69

Qırmızı vərəqə: Kuansa, 54

Meksika: Rangel, Sançes, Montes, Vaskes, Qalyardo, Mora, Lira, Romo, Alvarado, Ximenez, Kinyones

İngiltərə: Pikford, O'Rayli, Guehi, Konsa, Kuansa, Rays, Anderson, Qordon, Bellinqem, Saka, Keyn