Dələduzluq və oğurluqda şübhəli bilinən iki nəfər saxlanıldı
Dələduzluq və oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu ərazisində bir nəfərə məxsus 5000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, paytaxtın Nizami rayonunda bir nəfərə məxsus bank kartından 560 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı İ.Məmmədov da polislər tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
10 Dekabr 2025 15:01
DTX xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslərİ saxladı - VİDEO
10 Dekabr 2025 10:28
Tərtərdə narkotik satan şəxs həbs edildi
10 Dekabr 2025 09:31
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana gətirildi
09 Dekabr 2025 16:00


Bakı -°C

