Dəməşqdəki Yunan kilsəsində ölənlərin sayı artdı: FOTOLAR
Ötən axşam Dəməşqin Duveyla rayonunda yunanlara məxsus Müqəddəs Elias (Müqəddəs İlyas) Pravoslav Kilsəsində partlayış baş verib .
Adalet.az xəbər verir ki, partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ibadət ocağına daxil olan terrorçu özünü partladıb.
Hadisə şahidlərinin yerli televiziyaya verdiyi məlumata görə, hadisə vaxtı kilsədə olanlar binaya daxil olan silahlı şəxsi saxlamağa cəhd ediblər. Bu zaman o özünü partladıb. Terror aktı nəticəsində tarixi kilsəyə də ciddi ziyan dəyib.
Suriyanın daxili işlər naziri Ənəs Xəttab istintaqın başlandığını təsdiqləyib və bildirib ki, “bu cinayətlər suriyalıların birləşməsinə mane olmayacaq”.
O, həmçinin “hücumun hər hansı konkret təriqətə qarşı deyil, bütün suriyalılara qarşı yönəldiyini” əlavə edərək, əməliyyatın məqsədinin dini münaqişələr yaratmaq və ölkədə sabitliyi pozmaq olduğunu açıqlayıb. O, həmçinin qeyd edib ki, ibadət yerlərinin təhlükəsizliyi “qırmızı xətt”dir və əməliyyatda iştirak edənlərin hamısı məsuliyyətə cəlb olunacaq.
Hücum Almaniya, Fransa, Avropa Birliyi, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Livan və ABŞ daxil olmaqla müxtəlif ölkə və təşkilatlar tərəfindən şiddətlə pislənilib.
Əntiqə Rəşid
Digər Xəbərlər
15 Aprel 2026 10:04
Ərdoğan Qazaxıstana gedəcək
15 Aprel 2026 09:18
"Tramp İranla böyük bir razılaşma əldə etmək istəyir" - Vens
14 Aprel 2026 20:44
“24 saat ərzində bir dənə də olsun gəmi keçməyib”
14 Aprel 2026 20:21
Hakan Fidan pakistanlı həmkarı ilə müzakirə APARDI
14 Aprel 2026 20:15
Tramp: ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər
14 Aprel 2026 20:00
Almaniya Ukraynaya 4 milyard avroluq silah göndərir
14 Aprel 2026 19:23
“Düşünürdüm ki, cəsarəti var, yanılmışam” - Melonini sərt tənqid etdi
14 Aprel 2026 19:15


Bakı -°C

