29 Avqust 2022 12:16
1131
ŞOU-BİZNES

Demet Özdemir və Oğuzhan Koç evləndilər: Toydan FOTOLAR

"Erkenci Kuş" serialı ilə məşhurlaşan aktrisa Demet Özdemirin adı Türkiyə gündəmində daha çox sevgili dəyişməsi ilə anılır. Onun adı ilk öncə adıgedən serialda həmkarı Can Yamanla gündəm oldu bir müddət sevgili oldular, ayrıldılar. Sonra aktrisanın 2014-cü ildə aktrisa Serenay Sarıkaya ilə sevgili olan, modelyer Nedret Taciroğlunun oğlu Yaman Taciroğlu ilə eşq yaşadığı bildirildi. Daha sonra isə Barış Taylan Demirige ilə, Efe Duru, futbolçu Oğuzxan Özyakub, aktyor Yusif Çim, Furkan Palalı, Seçkin Özdemir ilə adı eşq dedi-qodularına qarışmışdı.

Bir müddət əvvəl birlikdə görüntülənən türkiyəli müğənni Oğuzhan Koç və aktrisa Demet Özdemir cütlük münasibətini inkar etmişdi.

Alaçatıda görüntülənən cütlük eyni oteldə qaldığı önə sürüldü. Onların səmimi görüntüləri diqqətdən qaçmadı. artıq cütlük evlənmə yolunda addımlayırlar. Koç "Dünyadan uzak" mahnısı ilə Demetə evlilik təklifi edib və etdiyi təklifə aktrisa "hə" cavabını verdi.

Cütlüyün sosial şəbəkədə birgə fotosu da yayılıb. Demetin barmağındakı üzük izləyicilərin diqqətini çəkib. Bir müddət əvvəl qısqanclıq səbəbindən ayrılmış cütlüyün evlənməsi xəbəri izləyicilərini sevindirmiş, cütlüyə təbriklər yağdırılmışdı.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mart ayında , yayda nigah masasına oturacaqlarının xəbərini verən cütlük nəhayət ötən axşam dəbdəbəli toy mərasimi keçirib. Otellərdən birində keçirilən nikah mərasimində Demetin nikah şahidi "Çilek Kokusu", "No309" və "Erkenci kuş" serialının prodüseri Faruk Turqut, Oğuzhan Koçun isə Acun Ilıcalı olub.

 Qeyd edək ki, qonaqlar arasında Türkiyənin tanınmış simaları da olub.

Əntiqə Rəşid