Dənizdə batan şəxs belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1999-cu il təvəllüdlü Əsədov Pərviz Fəxrəddin oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər

Niyə yeniyetmələr valideynlərinin sözlərinə baxmır?

Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO

Bakıda güclü külək iki ağacı aşırdı

7-ci sinif şagirdini maşın vurub öldürdü

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Çimərliklərdə boğulma ilə bağlı 6 müraciət edilib - Rəsmi

AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı ekspertizanın nəticələri məlum olacaq
