Məhkəmə Qabil Məmmədova qiyabi 16 il həbs cəzası verdi
Almaniyada yaşayan bloger Qabil Məmmədovun Azərbaycan Cinayət Məcəlləsinin 24 maddəsi üzrə qiyabi məhkəmə araşdırması başa çatıb.
Adalet.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm elan edilib.
Məhkəmənin hökmü ilə Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə ilə bağlı ittihamedici hökm çıxarılıb.
Qeyd edək ki, Q.Məmmədov 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək, onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb.
Həmçinin, Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Qabil Məmmədova bu ilin yanvarında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs verilib.
Digər Xəbərlər
19 Avqust 2026 12:03
Tibbi müdaxilənin arzuolunmaz nəticəsi hər zaman həkim səhvi hesab edilirmi?
18 Avqust 2026 11:19
Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Geri qaytarılacaq
17 Avqust 2026 18:08
Qazaxıstan onu Azərbaycana təhvil verdi
11 Avqust 2026 10:54
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
07 Avqust 2026 16:53
Rəşad Dağlı azadlığa çıxır? - VİDEO
07 Avqust 2026 16:37
Prokurorluq həbs edilən rəislə bağlı məlumat yaydı
07 Avqust 2026 10:42
Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı mühüm qərar
06 Avqust 2026 20:08


Bakı -°C

