30 Sentyabr 2025 11:38
200
GÜNDƏM

Deputat ictimai nəqliyyatda gedişhaqqının artırılmasından danışdı

"İctimai nəqliyyatda qiymətin artırılması iqtisadi cəhətdən əsaslandırıla bilər. Başqa yerlərdə ictimai nəqliyyatın qiyməti artırılanda mütləq imtiyazlı təbəqənin hansı formada bundan yararlanacağı qeyd olunur".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

"Bizdə isə tələbələrin, şəhid ailələrinin övladlarının, ayrı-ayrı aztəminatlı şəxslərin, daun-autizm xəstəsi olan uşaqların, müalicəyə gedənlərin hansı formada daşınacağı, onların glir səviyyəsi onsuz da artmır, hansısa imtiyazlı təbəqənin müəyyən kartlarla təmin olunması məsləsi problem olaraq qalır. Bu da müəyyən narahatçılıqlar yaradır”, - deyə deputat bildirib.

F.Mustafa qeyd edib ki, hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi problem yaradır: "Ombudsman da bu məsələyə müdaxilə etdi və taksi inhisarçılığının ortadan qaldırılması məsələsini gündəmə gətirdi. Bir daşınma məsələsi ölkənin imici üçün problemə çevrilir. Alternativ olaraq avtobus, qatar yoxdur. Şəhərə necə gəlsin? Naxçıvandan yoxsul bir insan 50-60 manat verib təyyarə ilə gəlir. Əlavə 30-40 manat verib şəhərə gəlməlidir. Onun Bakıya gəlişi 100 manat oldu. Bu, xarici turistlərə də aiddir. Ölkənin imici üçün çox vacib məsələdir. Biz ictimai nəqliyyatın vətəndaşa xidmət edən modelə gətirilməsini təmin etməliyik".

Nicat