Deputat sahibsiz itlər problemindən danışdı
"Son zamanlar sahibsiz itlərlə bağlı məsələ gündəmə gəlib. Əhali müraciət edir, amma bələdiyyələr bu məsələləri həll etmək imkanında deyil".
Adalet,az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, bu məsələ ilə bağlı yaxınlarda Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib: "Bakıxanov qəsəbəsində mənə bir məlumat verdilər. Orada yerləşən 11 saylı şəhər poliklinikasına bir ay ərzində 65 it dişləməsi ilə bağlı müraciət olub. Uşaqlar məktəbə, valideynlər işə gedəndə bu problemlərlə üzləşirlər. İlk olaraq bələdiyyələrə müraciət olunur, amma bələdiyyələrin bu məsələləri həll etmək imkanları yoxdur".
Digər Xəbərlər
09 Oktyabr 2026 17:41
Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
09 Oktyabr 2026 13:25
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
09 Oktyabr 2026 11:16
Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz - VİDEO
09 Oktyabr 2026 09:28


Bakı -°C

