14 Avqust 2024 19:37
130
SİYASƏT

Deputatlığa namizəd Polad Bülbüloğlunun ictimaiyyətlə görüşləri keçirilir - FOTOLAR

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə deputatlığa namizəd Polad Bülbüloğlunun təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri keçirilir.

Namizədin seçki qərargahından Adalet.az-a verilən məlumata görə, P.Bülbüloğlunun Ağcabədi rayonunda məskunlaşmış ağdamlılarla, xocavəndlilərlə, Şuşa Dövlət Musiqili Dram Teatrı və Şuşa Humanitar Kollecində, eləcə də Bərdədə və Müşfiqabad qəsəbəsində Məcburi köçkün şəhərciyində məskunlaşan şuşalılarla görüşü baş tutub.

Görüşlərdə həmin rayonlar üzrə şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Müstəqillik tarixində ilk dəfə olaraq Milli Məclisə seçkilər bütün ölkə ərazisində keçirilir. Bu tarixi hadisədə iştirak etmək böyük qürur və fəxrdir. Uğurlarımızın davamı naminə seçkilərdə iştirak edərək layiqli namizədimizə səs verək", - seçki qərargahının məlumatında deyilir.