Dərman idxalı ilə məşğul olanlara xəbərdarlıq edildi

Dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib.
Adalet.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra-Qanun) 14 iyul 2023-cü il tarixli № 979-VIQD nömrəli edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına icazənin verilməsindən imtina halları müyyən edilib. Qanunun 9-1.16.2-ci maddəsinə görə, bu hallardan biri, idxal olunan dərman vasitələri (dövlət qeydiyyatı məqsədilə idxal edilən, sərgidə nümayiş etdirilmək üçün nəzərdə tutulan, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla) dövlət reyestrinə daxil edilmədikdə və ya dərman vasitələrinin idxalına icazə verilənədək dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə dərman vasitələrinin idxalına icazənin verilməsindən imtina qərarının qəbul edilməsidir.
Yəni idxala icazə verilən günə ölkəyə idxal olunan dərman vasitəsinin dövlət reyestrində olması zəruridir. Bu o deməkdir ki, AEM tərəfindən idxala icazə məktubu verilən günə qeydiyyat vəsiqəsi qüvvədə olmalıdır. Əks halda idxala icazə verilməyəcək.
Digər Xəbərlər

Rəna Soltanova cərimələndi

Mehriban Əliyeva Perinatal Mərkəzdə oldu - FOTOLAR

Döymə dəri xərçənginə səbəb ola bilər
jpg-1741080993.jpg)
Möyle bəy, QRAND adını dəyişib EGE edən hospitalı tanımırdınız?

Qastroenteroloq: Oruc tutmaq orqanizm üçün çox faydalıdır

Qaraciyər xəstəliyinin dörd gizli əlaməti

"Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur" - Deputat
