“Desəm ki, istədiyimiz kimi heyət formalaşdırmışıq yalan olar” - Qurban Qurbanov
“Çempionlar Liqası çox ciddi turnirdir. Ötən il ilk oyundan pley-off mərhələsinə qədər ciddi rəqiblər düşdü. Çox da maraqlı oyunlarımız oldu”.
Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O, komandasının ÇL-ə hazırlığından danışıb:
“Bu il də Çempionlar Liqasına ciddi hazırlaşmağa məcburuq. Desəm ki, tam düşündüyümüz kimi heyət formalaşdırmışıq, yalan olar. Amma istərdik ki, bir neçə oyunçu dəvət edək. Hər bir halda, əlimizdə olan futbolçulara güvənmişik. Minimum bu futbolçuların performansını yaxşılaşdırmağa çalışmışıq. Onları turnirə tam hazır etməyə çalışırıq. İşlərimiz, planlarımız odur ki, bir neçə yeni oyunçu gətirək. Futbolçularımızın sayının çox olmasına çalışırıq ki, keyfiyyətimiz də daha yuxarı olsun. Əgər düşündüyümüz, danışıq apardıqlarımız futbolçular alınarsa, mütləq heyəti gücləndirmək istəyirik”.
Q.Qurbanov komandanın hazırlıq planını açıqlayıb:
“Demək olar ki, bəllidir. Açıqlama verilib. İyunun 10-dan Bakıda yığışacağıq və 22-də Avstriyaya səfər gözlənilir. Oradakı proqram bizdə tam hazırdır. Oyunların günləri də bəllidir. Sadəcə rəqiblər bəlli deyil. Onlar da tam bəlli olandan sonra ətraflı məlumat veriləcək”.
Digər Xəbərlər
09 Sentyabr 2026 21:00
“Sabah”ın Çempionlar Liqasında şansları açıqlandı
09 Sentyabr 2026 20:45
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
09 Sentyabr 2026 19:01
Zubir “Qarabağ”a qayıdır? – RƏSMİ
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
09 Sentyabr 2026 09:51
Arda Gülerə möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi
09 Sentyabr 2026 09:31
Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
09 Sentyabr 2026 06:53
“Real” “İnter”i, “Mançester Siti” “Portu”nu məğlub etdi
08 Sentyabr 2026 14:59


Bakı -°C

