Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Azərbaycan Universitetinin tələbələri ilə görüşüb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl Azərbaycan Universitetinin tələbələri ilə görüşüb. Görüş, Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı və Gənc Diplomatlar Klubunun birgə təşkilatçılığı ilə “Diplomatiya gənclərin gözü ilə” layihəsi çərçivəsində təşkil olunub.
Cavid İsmayıl görüşdə diasporun strateji amil kimi müasir beynəlxalq münasibətlərin vacib elementi olduğunu diqqətə çatıdırıb, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan diasporunun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində davamlı addımlar atıldığını bildirib. Şöbə müdiri qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan diaspor siyasəti və quruculuğu Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti diaspor quruculuğu işinə böyük əhəmiyyət verir və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi, qlobal tələblərə uyğun siyasi kurs diaspor ənənələrini davam etdirir və diaspor hərəkatını daha da gücləndirir.
Çıxışında Azərbaycanın diaspor fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyətinin əsas hədəfləri, həyata keçirilən tədbirlər, layihə və proqramlar, Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti, fondun maliyyələşdirdiyi tədbirlər və layihələr, xaricdə yaşayan azərbaycanlıların milli birliyi, Azərbaycanın beynəlxalq müstəvidə təmsil olunması, digər xalqların diaspor qurumları ilə əməkdaşlıq və bu kimi mövzularda tələbələrə ətraflı məlumat verən şöbə müdiri qeyd edib ki, Azərbaycanın diaspor fəaliyyəti dünya azərbaycanlılarının vahid şəbəkəsinin yaradılmasına, ölkənin tanıtımına, tarixi, mədəni irsi, müasir inkişafının təbliğinə, informasiya müharibəsində Azərbaycanın maraqlarının müdafiəsinə və dezinformasiyaların qarşısının alınmasına yönəlib. Bu fəaliyyət Diasporla İş üzrə Dövlət Komitəsinin koordinasiyası və rəhbərliyi altında həyata keçirilir. Azərbaycan diasporunun və dünya azərbaycanlılarının birliyinin institutlaşması prosesinin davam etdiyini bildirən şöbə müdiri çıxışının ardından tələbələrin suallarını cavablandırıb.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

