“Dili mükəmməl bilməsəm də...” - Şahruddin tənqidlərə cavab verdi
Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev ona ünvanlanan tənqidlərlə cavab verib.
Adalet.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə instaqram hesabında paylaşım edib.
"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır", - deyə o, bildirib.
Qeyd edək ki, Ş. Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan (3:1) sonra jurnalistlərə açıqlamasında Azərbaycan dilində səlis danışa bilməməsi səbəbindən sosial şəbəkələrdə tənqid olunmuşdu.
Onu da bildirək ki, həmin matçda zədələnən qapıçı 2-3 ay meydanlardan uzaq qalacaq.
Digər Xəbərlər
17 Noyabr 2026 16:52
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurdu
17 Noyabr 2026 09:24
UEFA Millətlər Liqası: Qrup mərhələsinə bu gün yekun vurulur
17 Noyabr 2026 09:09
“İndi Ronaldonun anasına da cavab verməliyəm?” - Jezusdan ironiyalı reaksiya
17 Noyabr 2026 00:18


Bakı -°C

