adalet.az header logo
  • Bakı -°C
10 Aprel 2026 10:40
76
ELM VƏ TƏHSİL
A- A+

"DİM etibarın yoxlanıla bilən prosedurlara əsaslandığı intellektual infrastruktur qurub" - Məleykə Abbaszadə

"Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib".

Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

"DİM artıq universitetə qəbul olmaq üçün seçim mexanizmi olmaqdan çıxıb ədalət infrastrukturunun mühüm elementinə çevrilib. Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Dünyanın ən "ekoloji-təmiz" enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq. Elə mexanizmlər yaratmışıq ki, hər kəs əmin ola bilər ki, onun uğuru öz istedadından, biliyindən və yaradıcı əməyindən asılıdır. DİM etibarın yoxlanıla bilən prosedurlara əsaslandığı intellektual infrastruktur qurub".