adalet.az header logo
  • Bakı -°C
02 Yanvar 2026 14:10
73
MƏMLƏKƏT
A- A+

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir - FOTOLAR

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda polis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davam etdirir.

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından etibarən təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması məqsədilə ərazilərə qum və duz səpilir.

Polis əməkdaşları tərəfindən vətəndaşlara zəruri köməkliklər göstərilir, daxil olan müraciətlərə çevik reaksiya verilir.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.