DİN: “Lənkəranda valideynin övladının narkotik istifadəçisi olması ilə bağlı iddiaları əsassızdır”

Sosial şəbəkələrdə Lənkəran şəhərində yetkinlik yaşına çatmayan şəxsin narkotik vasitə istifadə etməsi ilə bağlı iddialar yayılıb.
İddialara cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsin narkotik istifadəçisi olması ilə bağlı ananın səsləndirdiyi iddialar əsassızdır və tibbi ekspertiza rəyi ilə təsdiqlənməyib.
2011-ci il təvəllüdlü şəxs 11 aprel 2024-cü il tarixində bloqerin iştirakı ilə Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında müayinədən keçirilib. Müayinə zamanı onda hər hansı narkotik vasitə və ya psixotrop maddənin sərxoşluğu müəyyən edilməyib.
İddia Lənkəran Şəhər Rayon Polis Şöbəsində tam və hərtərəfli araşdırılıb.
Müəyyən edilib ki, vətəndaşın bəlli şəxs tərəfindən övladına narkotik verilməsi ilə bağlı iddiaları qərəzlidir, şəxsi mülahizələrdir, belə hal baş verməyib.
Digər Xəbərlər

"Heyvanların kəsilməsi üçün yaş həddi müəyyənləşdirilsin" - Komitə sədri

Türkiyə səfiiri şəhid ailələri ilə görüşdü - FOTO

"Artsax" bağıran II Qaregini Mirzoyan himayə edir:" Revanşist deyil!"

"Qaz xətti məktəbin yaxınlığındadır, uşaqlar soyuqda dərs keçir" - Deputat

Bu şəxslərin Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün güzəştlər tətbiq edilir

4,5 min qeydiyyatsız radioelektron vasitə aşkar edilib

SN-də İşçi qrupun növbəti iclası keçirilib - FOTOLAR
