DİN və FHN-dən axtarışda olan şəxslərlə bağlı birgə məlumat

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində axtarışda olan şəxslərin gizləndikləri mənzilə Fövəqladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Nəcəfxanov Anar Abdula oğlu və 1985-ci il təvəllüdlü Əliyev Əhməd Fərhad oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanıldı - VİDEO

Torpaq sahəsi və fərdi evlərə çıxarış almaq adı ilə dələduzluq etdi

Qaxda çay sahilindən avtomat tapıldı

Narkotik satan şəxs həbs edildi

Xocalıda dəfn etdiyi meyitlərdən DANIŞDI

2020-2023-cü illərdə Qarabağda olan erməni hərbçilərin sayını AÇIQLADI

12 il əvvəl qətl törədən şəxslər Bakıda HƏBS OLUNDU
