Satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanıldı -VİDEO

Bakının Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.
Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

DİN və FHN-dən axtarışda olan şəxslərlə bağlı birgə məlumat

Torpaq sahəsi və fərdi evlərə çıxarış almaq adı ilə dələduzluq etdi

Qaxda çay sahilindən avtomat tapıldı

Narkotik satan şəxs həbs edildi

Xocalıda dəfn etdiyi meyitlərdən DANIŞDI

2020-2023-cü illərdə Qarabağda olan erməni hərbçilərin sayını AÇIQLADI

12 il əvvəl qətl törədən şəxslər Bakıda HƏBS OLUNDU
