DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ ETDİ - FOTO
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Adalet.az-ın məlumatına görə, bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, - xəbərdarlıqda qeyd olunur.
Digər Xəbərlər
02 Oktyabr 2026 13:23
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirildi
02 Oktyabr 2026 13:16
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezidentdən göstəriş
02 Oktyabr 2026 12:40
“Azərsun Holdinq” ADEX 2026 sərgisində iştirak edir
02 Oktyabr 2026 12:25
Kamran Əliyev ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında
02 Oktyabr 2026 12:08
Son 5 ildə YAP-da üzvlük haqlarından daxilolmalar 22 milyon manatdan çox artıb
02 Oktyabr 2026 11:44
"YAP Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov
02 Oktyabr 2026 11:08
"YAP-ın inzibati binalarının dövlət qeydiyyatına alınması üçün əsaslı işlər görülüb" - Tahir Budaqov
02 Oktyabr 2026 11:03


Bakı -°C

