Dinc dövrdə bu vətəndaşlar hərbi xidmətə çağırılmayacaq
Azərbaycanda dinc dövrdə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilməsi halları müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:
- fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;
- yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər
21 Aprel 2026 13:49
Minatəmizləyənlərə müharibə veteranı statusunun verilməsi təklif olunur
21 Aprel 2026 13:34
Azərbaycanda bu şəxslər 1500 manat cərimə olunacaq
21 Aprel 2026 13:32
Uşağını döyən valideynlər cərimə ediləcək
21 Aprel 2026 13:30
İcra məmurları tələbi borclunun sərvətinə yönəldə biləcək
21 Aprel 2026 13:27
Dilənçilik edənlər həbs olunacaq
21 Aprel 2026 13:23
Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək
21 Aprel 2026 13:22
Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməyənlər cəzalandırılacaq
21 Aprel 2026 13:06


Bakı -°C

