adalet.az header logo
  • Bakı -°C
25 Fevral 2026 18:51
106
GÜNDƏM
A- A+

Dini konfessiya rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdilər - FOTOLAR

Fevralın 25-də Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 34-cü il ildönümü münasibətilə tədbir keçirildi. Mərasimdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də iştirak edirdi.

Adalet.az xəbər verir ki, tədbir Quran ayələrinin oxunuşu ilə başland – Xocalıda Daha sonra tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Xocalı soyqırımının bəşər tarixində misli görünməyən faciə, insanlıq əleyhinə törədilmiş dəhşətli cinayət olduğunu diqqətə çatdırdı. Bu soyqırımın unudulmaması, onun hər zamanda beynəlxalq kürsülərdə, platformalarda xatırlanmasının vacibliyini vurğuladı. Bütün Qafqazın Şeyxi həmçinin Qarabağda əldə edilən zəfərin beynəlxalq ictimiayyət üçün müstəsna əhəmiyyətindən də danışdı.

Vətən müharibəsində qazanılan tarixi Zəfərin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etdiyini bildirərək, şəhidlərin xatirəsinin daim ehtiramla anıldığını diqqətə çatdırdı. Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Rəşad Əliyarlı sülh və barışıq şəraitinin formalaşmasına baxmayaraq bu gün də erməni kilsəinin revanşist əməllərdən çəkmədiyini qeyd edərək, terrorçu təşkilatlara əlaqədə olması ilə bağlı arayış təqdim etdi. 

Tədbirdə çıxış edən natiqlər – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili və Sefarad yəhudiləri Bakı icmasının rəhbəri Zamir İsayev Xocalıda insanlıq əleyninə törədilən cinayətləri bəşəriyyətin faciəsi kimi qiymətləndirdilər.  30 ilə yaxın davam etmiş işğal prosesində şəhərlərin, dini məbədlərin terrora məruz qaldığını qeyd etdilər.   

Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların bəyanatı – beynəxalq təşkilatlara müraciət qəbul olundu.