30 Iyul 2024 18:11
64
GÜNDƏM

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində iclas keçirilib

İyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Komissiyasının iclası keçirilib.

Komitədən Adalet.az-a bildiriblər ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün iyunun 27-dən iyulun 6-dək baş tutmuş müsahibənin nəticələri ilə bağlı 11 nəfər Apellyasiya Komissiyasına ərizə ilə müraciət edib.

Komissiyanın keçirdiyi iclasda iddiası təmin edilən 1 nəfərin müsahibə nəticəsi məqbul hesab olunub. 9 nəfər iddiaçının nəticələri ilə bağlı Müsahibə Komissiyasının verdiyi qərar tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb. Ərizə ilə müraciət etmiş 1 nəfər isə apellyasiya prosesinə qatılmayıb.

Qeyd edək ki, Apellyasiya Komissiyasının qərarından narazı qalan vətəndaşlara məhkəməyə müraciət etmək hüquqlarının olması barədə ətraflı məlumat verilib.