30 Iyul 2024 19:34
63
GÜNDƏM

Kərim Vəliyev HHQ hərbi hissələrini YOXLADI

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, general-polkovnik K.Vəliyev hərbi aviasiya bazalarından birində uçuş və texniki heyətlə görüşüb, hərbi aviasiyanın uçuş hazırlığının səviyyəsi, aviasiya vasitələrinin manevr imkanları və effektiv döyüş tətbiqi, habelə qalxma-enmə zolaqlarının mövcud vəziyyəti ilə maraqlanıb.


    Hərbi Hava Qüvvələrinin Təlim və Tədris Mərkəzində təkmilləşdirmə kursunun kursantları ilə görüşən general-polkovnik K.Vəliyev tədris müddətində onların döyüş hazırlığı və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, sərəncamda olan müasir silah və texnikanın praktiki mənimsənilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.