06 Dekabr 2023 17:56
3178
AVTOMABİL

Diqqət: Bu sürücülərin cəriməsi 300 manat oldu

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs il ərzində bu pozuntunu təkrarlayarsa, 200 deyil, 300 manat cərimə olunacaq.

Bunu mətbuata açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

“Bakıda və həmçinin iri şəhərlərdə sürücülük hüququ olmayan yeniyetmələr valideynlərinin avtomobillərini oğurlayaraq, qəzaların törədilməsinə səbəb olurlar. Nəqliyyat vasitəsini idarə etmək üçün minimal yaş həddi 18-dir. Günümüzdə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərin sayı artmaqda davam edir. Bu isə qəza təhlükəsini artırır”, - inspektor bildirib.

İnspektorun sözlərinə görə, sürücülük hüququ olmayanların avtomobil idarə etməsinin qarşısı alınmalıdır:

“Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir. Əgər törədilən qayda pozuntusu il ərzində təkrarlanırsa, şəxs 200 manat deyil, 300 manat cərimə olacaq”, - deyə inspektor bildirib.