""Diri Baba" türbəsi unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir" - Dövlət başçısı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində Qobustan rayonundakı “Diri Baba” türbəsində aparılan yenidənqurma işlərindən də bəhs edib.
Adalet.az xəbər verir ki, müsahibədə “Diri Baba” türbəsində gedən işlərlə tanış olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. Diri Baba türbəsi öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə ki, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək. Onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir”.
Digər Xəbərlər
22 Oktyabr 2026 16:42
Leyla Əliyeva “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış oldu
21 Oktyabr 2026 11:41
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026 11:30
XII Bakı Beynəlxalq Kitab Sərgisi açıldı
20 Oktyabr 2026 18:19
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub - FOTOLAR
20 Oktyabr 2026 16:23
Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
20 Oktyabr 2026 12:03
Bakıda Türkiyə-Azərbaycan Dostluq Konserti keçirildi - FOTOLAR
19 Oktyabr 2026 13:59
"44" bədii filminin növbəti tizeri yayımlanıb - VİDEO
19 Oktyabr 2026 12:13


Bakı -°C

