Doqquz milyona yaxın abunəçisi olan türkiyəli yutuberin kanalı oğurlanıb
Məşhur türkiyəli yutuber Ruhi Çenetin doqquz milyona yaxın abunəçisi olan kanalı oğurlanıb.
Kanalın adı “Ripple” ilə dəyişdirilib.
Ruhi Çenet, əsasən, səyahət məzmunlu videolarla məşhurluq qazanıb.
Məlumat üçün əlavə edək ki, Ruhi Çenet Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə olub, Azərbaycan əsgərləri ilə söhbət edib, onların vəziyyəti ilə maraqlanıb.
Daha sonra Gəncədə olan bloqer erməni terrorundan zərər görən insanlarla görüşüb. Onların fikirlərini öyrənən R.Çenet bununla da bir çox faktı dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Digər Xəbərlər
18 Iyul 2024 18:01
“Bakcell”dən eksklüziv təkliflə smartfon al
17 Iyul 2024 16:52Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq
16 Iyul 2024 16:01"Bakcell" tətbiqində süni intellekt dəstəkli “Tarif Məsləhətçisi”ni təqdim etdi
16 Iyul 2024 14:05Dövlət qurumlarına kiberhücumlar 3 dəfəyə yaxın artıb
04 Iyul 2024 11:17