27 Iyul 2024 15:21
87
SİYASƏT

Məzahir Pənahov namizədlərə XƏBƏRDARLIQ ETDİ

"Hələ seçkiqabağı təşviqat başlamayıb, media orqanları bunu nəzərə almalıdır".

Adalet.az xəbər verir ki, bunu oyulun 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

MSK deyib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamamalıdırlar.

“Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”, - o əlavə edib.