27 Iyul 2024 20:04
76
İDMAN

Türkiyə olimpiada tarixində ilk!

Türkiyəli güllə atıcısı Şəvval İlayda Tarhan "Paris-2024" Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib.

Adalet.az xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti yazı dərc edib.

Ş.İlayda 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada 577 xal toplayaraq 7-ci yeri tutub. Bununla da o, Olimpiada tarixində bu növdə finala yüksələn ilk türkiyəli atıcı olub.

O, sabah final mübarizəsinə çıxacaq.