27 Iyul 2024 10:49
121
İDMAN

Təbrizin "Traktor" klubu Emrelini transfer etmək istəyir

Təbrizin "Traktor" klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelini heyətinə cəlb etmək istəyir.

Adalet.az xəbər verir ki, bu barədə İranın "Total Futball" nəşri yazıb. 

Məlumata görə, artıq bu məqsədlə klubun rəhbərliyi 27 yaşlı azərbaycanlı futbolçu ilə danışıqlar da aparıb.

Lakin danışıqların yekunu barədə hər hansı məlumat verilmir.

Qeyd edək ki, Xorvatiya çempionu "Dinamo"da çıxış edən Mahir Emrelinin Almaniya təmsilçisi "Nürnberq"ə keçəcəyi gözlənilir.