27 Iyul 2024 22:00
69
DÜNYA

AİB Ermənistana daha 100 milyon kredit verir

Ermənistanla Avrasiya İnkişaf Bankı arasında daha bir kredit sazişi imzalanıb. Belə ki, Bankın Avrasiya Sabitləşdirmə və İnkişaf Fondundan Ermənistana 100 milyon dollar ayrılacaq.

Adalet.az xəbər verir ki, Ermənistanın 2024-cü il dövlət borcunun ümumi maliyyələşdirmə tələbi 970,9 milyard dram təşkil edir ki, bunun da 67,6 faizi daxili mənbələrdən cəlb olunmuş vəsaitlər, 32,4 faizi isə xarici kreditlər hesabına təmin edilib.

AİB bu məqsədlə Ermənistana kredit ayırıb.

Xatırladaq ki, ötən həftə bu fonddan Ermənistan hökumətinə 2 milyon pul verib.