27 Iyul 2024 12:56
119
DÜNYA

Ərdoğan Suriya lideri ilə sərhəddə görüşə bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd arasında on ildən sonra ilk görüş avqust ayında sərhəd-keçid məntəqəsində baş tuta bilər. 

Adalet.az xəbər verir ki, bu barədə hökumətə yaxın Türkiyə qəzeti məlumat yayıb. 

Qeyd edilir ki, Ərdoğanla Əsəd arasında görüş üçün ilk variant İraq idi, lakin indi Ankara Türkiyə-Suriya sərhədindəki Kəsab Yayladağı keçid məntəqəsində görüş keçirməyi planlaşdırır.

Məlumata görə, proses çox sürətlə gedir.