27 Iyul 2024 20:03
81
HADİSƏ

Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatır

İyulun 27-si saat 17:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrdir.