25 Iyul 2024 12:32
334
HADİSƏ

İtkin düşən autizm xəstəsi olan azyaşlı tapıldı - YENİLƏNİB

Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb.

Azyaşlı ailəsinə təhvil verilib.

 

***

Bakıda autizm spektr pozuntusu olan 7 yaşlı uşaq itkin düşüb.

Adalet.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində yaşayan 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.