Qəza xidməti gec gəlsə də...
İyulun 23- də Yeni Günəşli yaşayış sahəsinin " D" massivindəki 13 nömrəli binada kanalizasiya xətti partlamışdı.
Ona görə də binanın həyətini və ətraf yerləri çirkab sular başmışdı. Hadisə ilə bağlı bina sakinləri " Azərsu" yun qəza xidmətinə məlumat vermişdilər.Səhər saat 9- da hadisə baş versə də , amma qəza xidmətinin əməkdaşları həmin yerə bir neçə saat sonra gəlib çıxdılar.
Elə buna görə də bina sakinləri çox narazılıq edirdilər. Çirkab sular isə daha da artırdı . Axır ki, qəza xidmətinin əməkdaşları gəlib çıxdılar və kanalizasiyanın partlayan yerini təmir etməyə başladılar. Nə az, nə çox dörd- beş saata yaxın əlləşib- vuruşdular. Axır ki, çətinliklə də olsa, problemi həll edə bildilər və çirkab suların həyətə axmasının qarşısını aldılar.
Onlar gec gəlsələr də öz üzərlərinə düşən vəzifəni yerinə yetirdilər! Binanın sədri Fərman Kazımov dedi ki, qəza xidmətinin. əməkdaşları yaxşı işlədilər və baş vermiş qəzanı aradan qaldırdılar. Biz onların işindən razıyıq!!!
Emil Faiqoğlu