adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Oktyabr 2022 15:16
910
MARAQLI

DÖRDAYAQLI EŞŞƏKLƏRİN SAYI AZALDIQCA…

Statistika Komitəsi belə bir məlumat yayıb ki, Azərbaycanda eşşəklərin sayı hər il durmadan azalır. Məsələn, 2008-ci ildə ölkədə 47200 eşşək olduğu  halda, 2022-ci ildə bu rəqəm 23419 (nə dəqiq saydı) olub, yəni  yarıbayarı.  

Çox qəribədir ki, dördayaqlı  eşşəklərin  sayı azaldıqca  ikiayaqlı eşşəklərin sayı durmadan artır. Bunu bilmək üçün sosial şəbəkələrdəki xəbərləri izləmək kifayətdir: «Bu onu vurdu»,  «O bunu döydü», «Anasını baltaladı», «Bacısını boğdu», «Müəllimini  döydü». Və ən nəhayət, «Dövlətin  filan qədər büdcəsini  taladı» və it gəldi çarıq apardı, at gəldi örkən.