DOST-da xidmət göstərilən vətəndaşların sayı 4 milyona çatıb
DOST mərkəzlərində xidmət göstərilən vətəndaşların sayı dörd milyona çatıb.
Adalet.az xəbər verir ki, bu sırada dörd milyonuncu vətəndaş 2 saylı Bakı DOST Mərkəzində müraciətinə uyğun xidmət göstərilən Bakının Xəzər rayon sakini Firuz Novruzov olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyi İdarə Heyəti sədrinin müavini Seymur Alıyev F.Novruzovla görüşüb.
Görüşdə DOST mərkəzlərində göstərilən xidmətlər barədə məlumat verilib, vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsinin 98,6 faiz olduğu vurğulanıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi yaradılıb. Ötən dövr ərzində 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində "Smart DOST" xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı, eləcə də Kəlbəcər və Füzuli DOST məntəqələri istifadəyə verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 160 sosial xidmətin "bir pəncərə" prinsipi ilə operativ, şəffaf, müasir və innovativ əsasda təqdim olunmasına imkan yaradıb.
Digər Xəbərlər
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48
“Təmtəraqlı yas məclisi qurub yekəqarın adamlara aş, pörtləmə verməkdənsə...”
22 Yanvar 2026 10:30


Bakı -°C

