Dövlət Bağçalı: Öcalanla görüşməyə hazıram
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İmralı həbsxanasında saxlanılan PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib.
Adalet.az xəbər verir ki, MHP lideri bu barədə partiyasının qrup iclasında bildirib.
“Açıq şəkildə deyirəm. Lazım gəlsə, üç dostumu da götürüb İmralıya gedərəm”, - o qeyd edib.
Dövlət Bağçalı vurğulayıb ki, terrordan azad bir Türkiyənin hədəfi getdikcə daha da güclənməkdirsə, İmralıya getmək məsələsində çəkinməyin mənası yoxdur.
Digər Xəbərlər
08 Dekabr 2025 20:34
Paşinyan yeni müşavir təyin edib
08 Dekabr 2025 20:25
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
08 Dekabr 2025 20:14
Putin gələn il üçün hökumətin qarşısına 6 vəzifə qoydu
08 Dekabr 2025 20:01


Bakı -°C

