Çin Müdafiə Nazirliyi: ABŞ-nin Tayvana silah tədarükü münasibətlərimizi sarsıdır
Tayvana silah tədarükü Çin və ABŞ silahlı qüvvələri arasındakı təmaslara zərər vurur.
Adalet.az-ın məlumatına görə, bunu Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Çjan Syaoqan bəyan edib.
"Biz israr edirik ki, ABŞ Tayvanı silahlandırmaqla bağlı hərəkətlərini dərhal dayandırsın ki, iki ölkənin orduları arasında münasibətlərin inkişafına zərər dəyməsin", – deyə o, Müdafiə Nazirliyinin "WeChat" səhifəsində Vaşinqtonun adaya 330 milyon dollar məbləğində planlaşdırılan hərbi tədarükünü şərh edərkən vurğulayıb.
Rəsmi nümayəndə xatırladıb ki, Tayvana silah satışı "vahid Çin" prinsipinin kobud şəkildə pozulması, ÇXR-in daxili işlərinə müdaxilə, onun suverenliyi və təhlükəsizlik maraqlarının pozulmasıdır. Syaoqan qeyd edib ki, Pekin bu tədarüklərdən son dərəcə narazıdır və onları Taybeydəki separatçı qüvvələrə yanlış siqnal kimi qiymətləndirir.
Qeyd edək ki, ötən həftə ABŞ Dövlət Departamenti Tayvana F-16 qırıcıları, C-130 hərbi-nəqliyyat təyyarələri üçün ehtiyat hissələrinin ümumilikdə 330 milyon dollar dəyərində mümkün satışını təsdiqləyib.
Digər Xəbərlər
07 Dekabr 2025 22:00
"Avropa miqrantlar səbəbindən orta əsrlərə qayıdır"
07 Dekabr 2025 21:30
İran hibrid və elektrik avtomobillərinin istehsalına başlamağı planlaşdırır
07 Dekabr 2025 21:10
Türkiyə və Suriya XİN rəhbərləri arasında görüş olub
07 Dekabr 2025 21:06


Bakı -°C

