Polşada dəmir yolu xəttində partlayış törədilib
Polşada Varşava və Lublin şəhərləri arasındakı dəmir yolu xəttində partlayış baş verib.
Adalet.az xəbər verir ki, partlayıcı qurğunun işə düşməsi nəticəsində relslər sıradan çıxıb. Polşanın Baş naziri Donald Tusk vəziyyətlə tanış olmaq üçün hadisə yerinə gəlib.
Hökumət təxribat aktının bilavasitə qatarı hədəfə aldığını açıqlayıb. Baş nazir X platformasındakı açıqlamasında bu barədə bildirib: “Varşava–Lublin marşrutunda dəmir yolu xəttinin partladılması Polşa dövlətinin və mülki əhalinin təhlükəsizliyini birbaşa hədəfə alan dəhşətli diversiya aktıdır. Bu marşrut həm də Ukraynaya yardımların çatdırılması baxımından həyati əhəmiyyət daşıyır. Günahkarlar kim olur-olsun müəyyən ediləcəklər”.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Baş nazir dəmir yolunun başqa bir hissəsində - Lublin istiqamətində ikinci bir zədələnmənin də aşkarlandığını qeyd edib. Hadisənin səbəbləri ilə bağlı prokurorluq və xüsusi xidmət orqanları tərəfindən əməliyyat aparılır.
Digər Xəbərlər
17 Noyabr 2025 19:00
Çin Müdafiə Nazirliyi: ABŞ-nin Tayvana silah tədarükü münasibətlərimizi sarsıdır
17 Noyabr 2025 18:42
ABŞ və Ermənistan “Tramp marşrutu” ilə bağlı birgə işçi qrup yaratdı
17 Noyabr 2025 18:11
Türkiyəyə danışıqlara gedən Umerov ölkəsinə qayıtmaqdan İMTİNA ETDİ
17 Noyabr 2025 17:48


Bakı -°C

