FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər.
Adalet.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsədi Xidmətin fəaliyyət istiqamətləri ilə tanışlıq, fövqəladə hallar zamanı tətbiq edilən müasir yanaşmalara dair fikir mübadiləsinin aparılması olub.
Görüş zamanı Şura üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarına dair təqdmatı izləyiblər. Şura üzvlərinə yüksək riskli əməliyyatlarda istifadə olunan metodlar, texniki imkanlar, şəxsi heyətin hazırlıq proqramları və təlim sistemi, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində görülən işlər haqqında geniş məlumat verilib.
Şura üzvləri, həmçinin Xidmətin inzibatı binasının həyətində şəxsi heyətin təlim-məşq prosesini izləyiblər. Belə ki, xilasedicilər tərəfindən “dağlıq ərazidə köməksiz vəziyyətdə qalmış zərərçəkmişin” xüsusi alpinist avadanlığı ilə “xilas edilməsi”, “çətin keçilən zonalarda itkin düşmüş şəxslərin” axtarışı, “qapalı və zərərli mühitdə” xilasetmə əməliyyatı, şərti zəlzələ və uçqun zamanı “dağıntılar altında qalanların xilas edilərək” təxliyəsi, xüsusi mexaniki qurğular və müasir axtarış cihazlarının tətbiqi, xüsusi təlim görmüş itlərin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı nümayiş olunub. Şura üzvlərinə, həmçnin real əməliyyatlarda istifadə olunan taktiki yanaşmalar, təhlükəsizlik protokolları və heyətin koordinasiya qaydaları izah edilib.
İctimai Şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin yüksək peşəkarlıq səviyyəsinə malik olduqlarını vurğulayaq həyata keçirilən işlərin əhəmiyyətindən danışıb, gələcəkdə də bu cür görüşlərin davamlı olacağını diqqətə çatdırıblar.
Digər Xəbərlər
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58


Bakı -°C

