Dövlət başçısı: “Biz istədiyimizə nail olacağıq”
“Biz Kəlbəcəri bir güllə atılmadan azad etdik, öz doğma diyarımızı qaytardıq və bu gün Kəlbəcərdə quruculuq işləri gedir”.
Adalet.az xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib.
Kəlbəcərə ikinci dəfə gəldiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib:
“Kəlbəcərin infrastrukturu, elektrik təchizatı, su təchizatı, evlərin tikilməsi - artıq buna start verilir. Əlbəttə ki, biz, ilk növbədə, hərbi təyinatlı yolları inşa etməliydik və bunu etdik. Bu gün bu hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik”.
Azərbaycan Prezidenti qeyd edib ki, artıq bu proses başlayıb və ilk növbədə Qarabağda və Şərqi Zəngəzurda hərbi gücümüz daim möhkəm olmalıdır, ona görə bugünkü mərasim xüsusi məna, rəmzi məna daşıyır.
Digər Xəbərlər
25 Sentyabr 2026 10:00
"Sülh quruculuğunun genişlənməsi də Trampın xarici siyasətdə uğurlarındandır"
25 Sentyabr 2026 09:11
“Vətən müharibəsində Azərbaycan yüksək səviyyəli hərbi potensial nümayiş etdirdi”
24 Sentyabr 2026 21:00
Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub
24 Sentyabr 2026 20:38
Əli Əsədov nazirləri TOPLADI - FOTOLAR
24 Sentyabr 2026 20:10
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bildirdi
24 Sentyabr 2026 19:01
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
24 Sentyabr 2026 18:41
Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı - Səbəbi açıqlandı
24 Sentyabr 2026 17:56


Bakı -°C

