Dövlət başçısı Cəbrayılda fabrikin təməlini qoydu - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.
Adalet.az xəbər verir ki, “Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov dövlət başçısına müəssisə haqqında məlumat verdi.
Bildirildi ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.
Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.
Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.
Bütün istehsal zamanı müasir avadanlıqlardan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətini daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərəcək.
Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyev fabrikin təməlini qoydu.
*** 13:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunun Soltanlı kəndində “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.
Adalet.az xəbər verir ki, bu barədə Przeidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
19 Noyabr 2025 11:22
"Yorğun və yuxusuz sürücü yoldakı ən böyük təhlükədir" - DYP
18 Noyabr 2025 19:01
Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən kurs keçirilir
18 Noyabr 2025 15:46
Azərbaycanda xəbər saytlarına girişdə problem yarandı
18 Noyabr 2025 13:02
TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibb təhsili yox imiş
18 Noyabr 2025 12:17
DTX türk dövlətlərinin təhlükəsizlik orqanlarının Xankəndidəki iclasından video paylaşdı
18 Noyabr 2025 12:00
Mülki müdafiə qoşunlarında andiçmə mərasimi keçirilib
18 Noyabr 2025 11:49
Haqsız rəqabətə yol verən 6 təsərrüfat subyektinə qarşı tədbir görülüb
18 Noyabr 2025 11:35


Bakı -°C

