Süni intellektlə həyata keçirilən kiberdələduzluqla bağlı DTX-dən xəbərdarlıq - VİDEO
Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların davam etdiyi müşahidə olunur.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, aparılan təhlillər göstərir ki, müvafiq qruplaşmalar süni intellekt alqoritmləri və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də sadə vətəndaşları hədəfə alırlar. Çoxsaylı xəbərdarlıqlara və maarifləndirici tədbirlərə baxmayaraq, bəzi hallarda vətəndaşların hələ də belə dələduzluq hallarına inandığı və onların qurbanına çevrildiyi diqqət çəkir.
Kibercinayətkarlar xüsusi hazırlanmış ssenarilər əsasında hədəfə götürülən şəxslərə guya "təcili" və “vacib” xarakterli mesajlar göndərir, daha sonra zərərçəkənləri aldatmaq üçün onları hüquq mühafizə orqanlarının və ya digər rəsmi qurumların adından fəaliyyət göstərən saxta hesablara yönəldirlər. Müvafiq üsulla həmin şəxslərdən xarici hesablara pul vəsaitlərinin köçürülməsi, eləcə də müxtəlif qanunsuz tapşırıqların yerinə yetirilməsi tələb edilir.
Rəqəmsal mühitdə son dərəcə diqqətli və ayıq-sayıq olmağın vacibliyini ön plana çəkərək vətəndaşlardan şübhəli müraciət, tələb və ya mesajla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Digər Xəbərlər
12 Oktyabr 2026 13:29
Məktəbli forması şagirdlərdə intizam və məsuliyyət hissini gücləndirir - Ceyran Mahmudova
12 Oktyabr 2026 13:18
"Ailənin təzyiqi ilə qızlara dini forma geyindirmək..." - Nizami Cəfərov
12 Oktyabr 2026 12:23
Sabah hava necə olacaq?
12 Oktyabr 2026 12:20
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil - FOTO
12 Oktyabr 2026 12:12
“Hökumət hansı qərarı qəbul etsə, ona riayət edəcəyik” - Kamal Abdulla
12 Oktyabr 2026 12:00
“Balacaların taleyi onların göz yaşlarından daha vacibdir”
12 Oktyabr 2026 11:31
Hərbi xidmətə çağırışla bağlı 8 cinayət işi başlanıb – 8 nəfər məhkəməyə göndərilib
12 Oktyabr 2026 11:27


Bakı -°C

