adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 13:10
47
GÜNDƏM
A- A+

Dövlət çevrilişinə cəhd edənlər layiqli cəzalarını almalıdırlar

Dövlət hakimiyyətinin zorakı yolla ələ keçirilməsi ilə bağlı, prezident aparatının keçmiz rəhbəri Ramiz Mehdiyev barəsində qaldırılmış cinayət işinin istintaqı davam edir. Cinayət işi ilə bağlı müxtəlif şəxslər, o cümlədən özünü müxalifət adlandıran partiya liderləri istintaqa cəlb olunur, məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbirləri seçilənlər var.

Aparılan istintaqın ilkin nəticələrindən məlum olur ki, rusiyanın xüsusi xidmət orqanlarının ssenarisi üzrə, hakimiyyətdə mühüm vəzifə tutan Ramiz Mehdiyevin rəhbərliyi ilə qurulan çete hələ 2012-2013-cü illərdən fəaliyyətə başlayıb.   

Mehdiyevin yaxın dostu, hazırda Rusiyaya sığınan, Azərbaycan Respublikası nazirlər kabinetinin  keçmiş sədr müavini Abbas Abbasov, Azərbaycanda mövcud hakimiyyətin dəyişdirilməsi planının həyata keçirilməsi məqsədiylə 2012-ci ildə  Moskvada daha çox “Milyarderlər İttifaqı” kimi tanınan “ Rusiya Azərbaycan Təşkilatı ittifaqı”nı yaradır. Daha sonra, azərbaycan əsilli Rusiya vətəndaşı, tanınmış kinossenarist və rejissor, İBRUS şirkətinin rəhbəri Rüstəm İbrahimbəyovda bu ittifaqa qoşulur və təşkilatın koordinasiya şurasına üzv seçilir.

Daha sonra, təkilat Azərbaycanda fəaliyətini genişləndirmək məqsədiylə, Rüstəm İbrahimbəyov Bakıya gəlir və prezident seçkiləri ərəfəsində hakimiyyətə müxalif partiya rəhbərlərindən və fəallarından  ibarət “Milli Şura” adı altında bir çete yaradır. İlkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaların  demək olar ki, əksəriyyəti bu şuraya cəlb olunsalarda, sonradan “şuranın” Rusiyanın xüsusi xidmət orqanlarının himayəsi və tapşırıqları ilə fəaliyyət göstərməsi və xalqın inamını qazana bilməməsi səbəbindən “Milli Şura”da fəaliyyətlərini dayandırmışdılar.

Prezident seçkilərindən sonra, “Milli Şurada” yalnız Əli Kərimlinin başçılıq etdiy, artıq siyasi tənəzzülə uğramış AXCP  partiyası və cəmiyyət içərisində nüfuzunu itirmiş Cəmil Həsənli, eks deputat Gültəkin Hacıbəyli kimi adamlar qalmışdı.

İlkin ssenarisinin həyata keçirilməsində iflasa uğrayan Rusiyanın xüsusi xidmət orqanları bir müddət geri çəkilərək “Milli Şuranın” fəaliyyətini koordinasiya etmək funksiyasını Ramiz Mehdiyevin öhdəsinə buraxmışdı. Cinayət işi çərçivəsində Mehdiyevin evində aparılan axtarışlar zamanı, şuranın maliyələşdirilməsi və idarəoluması ilə bağlı sənədlərin üzə çıxması barədə məlumatlar əldə oluub. Məlum olub ki, Əli Kərimlinin uzun illər təşkil etdiyi çoxsaylı mitinqlər məhz Ramiz Mehdiyevin tapşırıqları və himayəsi ilə təşkil olunub. Həmin mitinqlər zamanı törədilən iğtişaşlarda,  asayişi qoruyan polisə qarşı göstərilən müqavimətə görə, həbs olunanlar olsada, iğtişaşların əsas təşkilatçısı, Ramiz Ənvəroviçin himayəsi altında olan Əli Kərimli nədənsə həmişə kənarda qalıb.

Hazırada, dövlət hakimiyyətinin zorla ələ keçirilməsi ilə bağlı Ramiz Mehdiyevin barəsində “dövlətə xəyanət” maddəsi ilə başlanan cinayət işinin istintaqı davam ettdirilir. Həbslər var, bu cinayətlə əlqəsi olan və ya məlumatları olan şəxslər dindirilir və onlar barəsində müvafiq tədbirlər aparılır.

İnanırıq ki, İstintaq bütün halları diqqətlə araşdıracaq və ağır dövlət cinayətində əli olan hər kəs layiqli cəzasını alacaq.

 Rüstəm Hacıyev