Dövlət Dumasının Sədri: “Azərbaycanla münasibətlərimiz çox cəhətdən inkişaf edir”
“Münasibətlərimiz çox cəhətdən sizin və bizim Prezidentimizin sayəsində inkişaf edir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti Haqqında Bəyannamə imzalanıb. Bu, həqiqətən strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir. Buna görə parlamentlərarası əlaqələri inkişaf etdirməyimiz son dərəcə vacibdir”.
Bu fikirləri Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
“Biz bu barədə danışmışıq. İş elə gətirib ki, pandemiya həqiqətən planlarımızda dəyişiklik edib. Parlamentlərarası qarşılıqlı fəaliyyət barədə danışmalı olsaq, hər halda bu fəaliyyətin əsasını görüşlər, dialoq, kommunikasiya təşkil edir. Əlbəttə, bütün bunlar videokonfrans rabitə rejimində həyata keçirilib. Bu format əsas olub. Lakin bilavasitə söhbət olmasa, münasibətlərin videokonfrans rabitə rejimində olduğu kimi inkişafı barədə danışmaq çətindir. Buna görə pandemiya ilə bağlı vəziyyət yüngülləşməyə başlayan kimi biz bundan istifadə etdik, həmkarlarımızla razılığa gəldik ki, hökmən görüşək və münasibətlərimizin inkişafı məsələlərini müzakirə edək. Ona görə ki, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının prezidentləri tərəfindən imzalanmış Bəyannamədə xüsusi vurğulanır ki, parlamentlərarası əlaqələrimiz inkişaf etdirilməlidir. Buna görə biz kommunikasiya formatlarını, yeni yanaşmaları müzakirə edəcəyik ki, qanunvericiliyin təminatı məsələlərinin, dövlət başçıları səviyyəsində müzakirə edilən məsələlərin həllinə real töhfə verək”, - V.Volodin bildirib.
Digər Xəbərlər
24 Sentyabr 2026 00:46
"TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək"
23 Sentyabr 2026 20:20
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
23 Sentyabr 2026 20:08
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
23 Sentyabr 2026 19:24
Ceyhun Bayramovla Serbiyanın XİN rəhbəri ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
23 Sentyabr 2026 18:23
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
23 Sentyabr 2026 17:47
Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü
23 Sentyabr 2026 17:21
Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
23 Sentyabr 2026 16:35


Bakı -°C

