16 Iyul 2024 17:38
69
İQTİSADİYYAT

Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar artıb

Bu ilin I yarısında Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 17,8 milyon manat vəsait daxil olub.

Adalet.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.