Dövlət Komitəsi yanında İctimai Şuranın cari ildə ilk iclası keçirilib

Fevralın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2025-ci il üzrə ilk iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi istiqamətində məqsədyönlü, genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Bir daha qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur. Böyük qayıdışın səmərəliliyinin təmin edilməsində geniş ictimai fəaliyyətin də vacib olduğu diqqətə çatdırılıb, bu istiqamətdə cari ildə həyata keçirilməsi nəzərdə tutulan mühüm və təxirəsalınmaz vəzifələr müzakirə edilib.
Şura üzvlərinin qaçqınlar və məcburi köçkünlərlə görüşlərinin daimi xarakter daşıması, təbliğat tədbirlərinin müasir informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə aparılması diqqətə çatdırılıb. İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli fəaliyyət göstərdiklərinə görə şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin dəyərli olduğunu vurğulayıb.
Digər Xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb

Azərbaycan Ordusunda ilk: Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb

Leyla Əliyeva "See Breeze"dən video paylaşdı

DİN-dən çağırış: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO

“28 May” BAĞLANIR: Avtobusla getməli olacaqsınız
jpg-1744972874.jpg)
Erməni deputatın "artsax əsgərləri" ilə bağlı ittihamı erməniləri niyə incidir?

Səhiyyə Nazirliyindən adı siyahıya daxil edilməyən plastik cərrahlarla bağlı AÇIQLAMA
