Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib - FOTOLAR

İyunun 24-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Adalet.az xəbər verir ki, qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib və bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir. Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqları ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun tapşırıqları ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər

Azərbaycanda radiasiya yayılıb? - RƏSMİ AÇIQLAMA

"TDT-yə üzv ölkələri arasında Azərbaycan digərlərindən seçilir" - ABŞ mediası

Daha bir yolda təmir işləri aparılacaq - Sürücülərin nəzərinə!

Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir

Azərbaycanda cərimələrə 10 faizlik güzəşt tətbiq ediləcək

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq

İstilik təchizatı sektorunda yeni ödənişlər təyin edilir
jpg-1750750264.jpg)